Azərbaycan Milli Kitabxanası
Texniki sual verəndə qısa və aydın cavab alıram. Gecikmə olmur, işimiz sürətlənib.
Buluda köçürmə əvvəlcədən razılaşdırılmış vaxtda başladı və plan üzrə getdi. Dəyişikliklər sakit qarşılandı.
Serverlər optimallaşdırılandan sonra həm tətbiqlər tez açılır, həm də bulud xərcləri azalıb. Hər dəyişiklikdən sonra qısa izah göndərirlər - nə edilib, niyə edilib. Bu şəffaflıq xoşdur.
Backup sisteminin olduğunu bilmək iş yükümüzü azaldır. Kritik əməliyyatları edərkən belə narahat olmağa ehtiyac yoxdur.
Serverlərin stabil işləməsi bizim üçün çox vacibdir. Əvvəllər sistemdə tez-tez donmalar və problemlər ilə qarşılaşırdıq. Migrasiya edildikdən sonra problem aradan qalxdı.
Korporativ poçtu dəyişməkdən çəkinirdik: köhnə sistemdə spam çox idi, bəzən vacib məktublar da itib-batırdı. Köçürmə sakit keçdi. Spam demək olar ki, yoxdur, daxil olan məktublar gecikmədən çatır.
Bütün IT xidmətlərimizi bir şirkətdən alırıq, bu da işimizi rahatlaşdırır. Artıq hər problem üçün fərqli şirkətə yazmaq lazım gəlmir.
Maillərimiz indi daha stabil işləyir. Mail ilə yanaşı, bütün korporativ sənədlərimizi də diskdə rahat və təhlükəsiz saxlayırıq.
Sorğularımıza tez geri dönüş edirlər. Ünsiyyət rahatdır, texniki mövzuları sadə dildə izah edirlər.
Bir dəfə təsadüfən fayllar silindi. Gün ərzində backup-lar başqa serverdə bərpa olundu və əsas server fasiləsiz işlədiyi üçün işimiz dayanmadı. Bu, kritik vəziyyəti itkisiz həll etməyimizə imkan verdi.
Serverimizə hücum oldu. İlkin baxışdan sonra müvəqqəti həll yolu təklif etdilər, sistem dayanmadan işləməyə davam etdi. Sonra problemin səbəbini analiz etdilər və problemi müəyyənləşdirdilər. Texniki izahlar aydın idi, artıq nəyi niyə etdiklərini başa düşürük.
Əvvəllər donmalar olurdu, bəzi günlərdə iş dayanırdı. İndi sistem sabitdir - həm biz sakitik, həm də komanda.
Qiymət büdcəmizə uyğun oldu. Daha önəmlisi - müraciətlərimiz boşluqda qalmır, geri dönüşlər vaxtında gəlir. İndi özümü daha rahat hiss edirəm.
Mail köçürməsi sakit keçdi: Yazışmalar olduğu kimi qaldı. Qısa təlimat verdilər, suallara tez cavab verdilər.
Bullud serverinə keçəndən işlərimiz rahatlaşıb. İşlərimizi hər yerdən idarə edə bilirik, sistemə daxil olmaq üçün ofisdə olmağa ehtiyac yoxdur.